Sabah Bakı məktəblərində dərslər başlayır
Sabah Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində dərslər yenidən əyani formada olacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə WUF13-ün keçirildiyi 17–22 may tarixlərində məktəblərin fəaliyyətində dəyişiklik edilib, 18–22 may tarixlərində 5–11-ci siniflər üzrə dərslər məsafədən təşkil olunmuşdu.
Onlayn dərslər “Rəqəmsal məktəb” platforması üzərindən həyata keçirilib.
Qeyd edək ki, bu dəyişikliklər ibtidai siniflərə də şamil olunub.



