SABAH doktorantları aylıq 1100 manatdan çox gəlir əldə edəcəklər
2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, sənəd qəbulu elektron qaydada portal.edu.az platforması vasitəsilə həyata keçirilir. Müraciətlərin qəbulu 9 iyun saat 18:00-da başa çatacaq.
Bu ildən etibarən ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. Proqrama qəbul olunan doktorantlar üçün xüsusi SABAH təqaüdü təsis edilib.
SABAH təqaüdünün aylıq məbləği 600 AZN təşkil edir. Bununla yanaşı, doktorantlar təhsil aldıqları ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətə cəlb olunacaq və buna görə aylıq 500 manatdan çox əməkhaqqı alacaqlar.



