SABAH qruplarının yeni modeli üçün meyarlar hazırlanır
Ali məktəblərdə yeni modellə yaradılacaq SABAH qruplarının formalaşması zamanı müxtəlif meyarlar nəzərə alına bilər.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, hazırda bu meyarlar hazırlanır. Onların hazırlanması bitdikdən sonra ictimaiyyətə təqdim ediləcək:
“Bu meyarlar həm akademik, həm də ölkə iqtisadiyyatının tələblərinə uyğun olacaq”.


