SAF24 iştirakçıları iqlim dəyişmələri ilə bağlı təlimlərə cəlb olunublar
Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının ikinci günündə festival iştirakçıları iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlərə cəlb olunublar.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimlər COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilib.
Təlimçilər Bakı Dövlət Universitetinin dosenti Lalə Bayramova, Xəzər Universitetinin dosenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov və İqlim dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova olub.
Təlimlər çərçivəsində iştirakçılara iqlim dəyişikliyi, qlobal istiləşmə, iqlim dəyişikliklərinin insan həyatına zərərləri, səth sularının idarəolunması, su ehtiyatlarının ərzaq istehsalı ilə bağlılığı və digər mövzular barədə danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


