Şagirdlər üçün “Peşə seçimi" testi keçiriləcək

4 Mart, 2026 - 10:00
Şagirdlər üçün “Peşə seçimi" testi keçiriləcək

Martın 16-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 8-ci və daha yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” testi keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. İştirakçılar testlərdən keçməklə gələcək ixtisas seçimində daha düzgün qərar verə bilərlər.

Alət üç əsas istiqaməti əhatə edir:

Təfəkkür növləri üzrə test;

Şəxsi xüsusiyyətlər testi;

Peşə maraqları testi.

Qeyd edək ki, bu testlər Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif layihələr çərçivəsində uğurla tətbiq olunub və praktiki səmərəliliyi təsdiqlənib.

Test başa çatdıqdan dərhal sonra nəticələr hesablanır və iştirakçının qeyd etdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testdə iştirak etmək istəyənlər üçün qeydiyyat martın 15-i saat 23:59-dək davam edəcək.