Şagirdlərimiz beynəlxalq riyaziyyat olimpiadasının seçim mərhələsində qızıl medal qazanıblar
Şagirdlərimiz Fermat Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim mərhələsində qızıl medal qazanıblar.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 20 oktyabr 2024-cü ildə keçirilmiş Fermat Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim mərhələsində Zərdab şəhər H.Aslanov adına 3 saylı tam orta məktəbin VII sinif şagirdi Cəbrayıl Cəbrayıllı, M.F.Axundov adına Gəlmə kənd tam orta məktəbinin VII sinif şagirdi İnci Kərimli və Zərdab şəhər H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin şagirdi Malik Həsənli qızıl medal qazanıblar.
Bununla da şagirdlərimiz Azərbaycanı Vyetnamda keçiriləcək beynəlxalq yarışmada təmsil etmək hüququ əldə ediblər.


