Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 İyun, 2025 - 15:35
Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq
Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə yönləndirilməsi üçün yeni mexanizmlər hazırlanır.

Bunu “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib. 

O bildirib ki, 2026-cı ildən bu kateqoriyadan olanların peşə məktəblərinə qəbulu psixoloji-tibbi-pedaqoji komissiyaların qərarları əsasında həyata keçiriləcək: “Bu addım onların ixtisaslı kadr kimi yetişməsinə və gələcəkdə işə düzəlmə imkanlarının artmasına şərait yaradacaq”.