Sahib Məmmədov: Əsas prioritet istiqamətlərimizdən biri də yeni lider nəslin formalaşdırılmasıdır

16 Dekabr, 2025 - 15:57
Sahib Məmmədov: Əsas prioritet istiqamətlərimizdən biri də yeni lider nəslin formalaşdırılmasıdır

“Əsas prioritet istiqamətlərimizdən biri də gənclərin sıralarımıza daha fəal qoşulması, onlara təşkilati işin metod və prinsiplərinin öyrədilməsi, həmkarlar ittifaqları hərəkatında yeni lider nəslinin formalaşdırılmasıdır. Belə ki, üzvlərimizin 20 faizdən çoxu gənclərdir. Həmkarlar ittifaqları təşkilatlarında çalışanların isə 11,9 faizini gənclər təşkil edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında konfederasiya sədri Sahib Məmmədov deyib.

Sədr çıxışı zamanı onu da bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı 1 milyondan çoxdur. Üzvlərin 50,4 faizini qadınlar, 49,6 faizini isə kişilər təşkil edir.