Sanatoriya göndərişlərinə niyə imtina cavabı verilir?

12 Avqust, 2025 - 15:01
Sanatoriya göndərişlərinə niyə imtina cavabı verilir?
Sanatoriya göndərişlərinə niyə imtina cavabı verilir?

"Sanatoriya və kurortlara müraciət olunan göndərişlər nəzərdən keçirilərkən məlumatı tam və düzgün yerləşdirməyən şəxslərə imtina cavabı göndərilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov onlayn müraciətlərlə bağlı göndərişlərə hansı səbəbdən imtina cavabının verildiyini açıqlayarkən deyib. 

O bildirib ki, imtina cavabının verilməsinin əsas səbəbi müraciət edən şəxslərin özləri haqda tam dolğun məlumatlar yerləşdirməmələridir.