SDU-nun elmi-pedaqoji heyəti üçün APTİS imtahanı keçirilib

25 Noyabr, 2024 - 10:40

Noyabrın 23-də Böyük Britaniyanın “British Council” təşkilatının əməkdaşlığı çərçivəsində və “bp-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə Sumqayıt Dövlət Universitetində (SDU) akademik heyətinin İngilis dili biliyinin qiymətləndirilməsi məqsədilə APTİS imtahanı keçirilib.  

Bu barədə “Azərbaycan müəllimi”nə SDU-dan məlumat verilib.

Qeyd edək ki, imtahanda 40 elmi-pedaqoji heyət üzvü iştirak edib. APTİS imtahanın nəticələri yaxın günlərdə elan olunacaq.