Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu

2 İyul, 2025 - 10:53
Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu
Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu

Xaçmaz rayonunda şəhid Ağami Əlişanovun anası Dilbər Əhmədova və şəhid Tural Ağabəyovun həyat yoldaşı Turanə Ağabəyova eksternat qaydada imtahan verərək tam orta təhsil haqqında attestat alıblar.

"Azərbaycan müəllimi" xəbər verir ki, hər iki şəhid ailə üzvü Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyinin tapşırığına əsasən yaxın günlərdə Xaçmaz rayon ümumtəhsil müəssisələrində işlə təmin olunacaqlar.

Qeyd edək ki, şəhid anası D.Əhmədova 1993-cü ildə Qaradağlı kənd tam orta məktəbində 9-cu sinfi bitirib, şəhidin həyat yoldaşı T.Ağcabəyova isə 2008-ci ildə Palçıqoba kənd tam orta məktəbində təhsil alıb.