Şəki məktəbindəki yanğında xəsarət alan olmayıb - Rəsmi AÇIQLAMA
Yanvarın 27-də təxminən saat 10:30 radələrində Şəki rayonu Küdürlü kənd ümumi orta məktəbinin dam örtüyündə qısaqapanma səbəbindən yanğın hadisəsi baş verib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub: "Yanğından məktəbin müəllimlər otağının 2 kvadratmetrlik tavanı zərər görüb. Tətil dövrü olduğundan hadisə zamanı xəsarət alan olmayıb”.



