Şəki-Zaqatalada qarlı hava davamiyyətə təsir etməyib – FOTOLAR

14 Yanvar, 2026 - 14:50
Şəki-Zaqatalada qarlı hava davamiyyətə təsir etməyib

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən verilən məlumata əsasən, region ərazisində qarlı hava şəraitinin  müşahidə olunmasına  baxmayaraq, ümumtəhsil müəssisələrində şagirdlərin dərslərdə davamiyyəti yüksək səviyyədədir.

"Azərbaycan müəllimi" xəbər verir ki, hazırda məktəblərdə tədris prosesi normal qaydada davam edir və şagirdlərin təhsilə cəlb olunmasında hər hansı ciddi problem müşahidə edilmir. Eyni zamanda, təhsil müəssisələrində istilik sistemlərinin fəaliyyətində heç bir nasazlıq qeydə alınmayıb.

Regional Təhsil İdarəsi tərəfindən məktəblərdə mövcud vəziyyət mütəmadi olaraq nəzarətdə saxlanılır, şagirdlərin təhlükəsizliyi və təhsil prosesinin fasiləsiz təşkili istiqamətində zəruri tədbirlər görülür.

Qeyd edək ki, hava şəraiti ilə bağlı hər hansı dəyişiklik baş verdiyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.