Sənaye Texnologiya Kollecində elektron imtahan sistemi istifadəyə verilib

11 Dekabr, 2025 - 10:22
Sənaye Texnologiya Kollecində elektron imtahan sistemi istifadəyə verilib

Sənaye Texnologiya Kollecində sınaq imtahanı portalı yaradılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasında əyani şöbədə təhsil alan tələbələr üçün elektron imtahan sistemi istifadəyə verilib. 

Kollecin direktoru, professor Nasim Abışov açıqlamasında bildirib ki, payız imtahan sessiyasında ümumilikdə 588 imtahan keçirilməsi nəzərdə tutulub. 2-ci kurs üzrə açıq suallardan ibarət, hər qrupda 1 fənn olmaqla, 40 imtahanın elektron formatda təşkil olunacaq.

Bu məqsədlə kollecin mühəndis-proqramçısı Oktay İslamzadə tərəfindən sınaq imtahan portalı yaradılıb və imtahanlara hazırlaşmaq üçün tələbələrə “Elektron imtahan” linki təqdim olunub.

Tələbələr (https://imtahan.stk.edu.az) ünvanına daxil olaraq imtahanlarda iştirak edə bilərlər. Eyni zamanda, elektron imtahanlarda iştirak üçün tələbələrə kollec daxilində lazımi texniki şərait təmin edilib.