Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Pedaqoji Şuranın ilk iclası keçirilib

17 Sentyabr, 2026 - 18:54
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Pedaqoji Şuranın ilk iclası keçirilib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeni tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, yeni tədris ilinin başlanması ilə əlaqədar Mərkəzin fəaliyyət istiqamətlərinin və qarşıda duran prioritet vəzifələrin müəyyənləşdirilməsi məqsədilə Pedaqoji Şuranın ilk iclası keçirilib.

İclasda tələbə qəbulunun nəticələri, elektron jurnala keçid prosesi, tələbə yataqxanalarının vəziyyəti, həmçinin təsərrüfat işləri üzrə görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Sonda gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul olunub, pedaqoji heyətə yeni tədris ilində keyfiyyətli təhsil mühitinin təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.