Sənaye və Texnologiya Kollecində Heydər Əliyevin anım günü qeyd edilib

12 Dekabr, 2025 - 15:40

Dekabrın 12-də Sənaye və Texnologiya Kollecində xalqımızın Ümummilli Lideri, dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Kollecdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tələbə və müəllim heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, metodkabinə müdiri Xəlil Bağırov, şöbə müdiri Şəhla Əhmədova, müəllim Aynur Rzaquliyeva  və tələblər tədbirdə iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbələrin ifasında Ulu Öndər Heydər Əliyevin şəxsi həyatına, dövlət başçısı işlədiyi dövrdə göstərdiyi misilsiz xidmətlərinə aid videoçarx nümayiş etdirilib və tələbələrin ifasında ədəbii-bədii kompozisiya göstərilib, kollecin müəllimi Ramilə Əfəndiyeva tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunan şeir oxunub.

Direktor müavini Asəf Məmmədov çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır: "Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Heydər Əliyev dünyanın nadir, unikal seçilən siyasət adamı idi. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biridir", – deyə o bildirib.

Daha sonra tədbirdə iştirak edən kollecin müəllimi Aynur Rzaquliyeva, metodkabinə müdiri Xəlil Bağırov, şöbə müdiri Şəhla Əhmədova və tələbələr çıxışlarında Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti haqqında danışıblar.