Sənaye və Texnologiya Kollecində ilin son pedaqoji iclası keçirilib
Sənaye və Texnologiya Kollecinin təmirdən sonra istifadəyə verilmiş zalında ilin son pedaqoji iclası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, iclasda kollecin Strateji İnkişaf Planı (2025–2029) müzakirə olunub.
Kollecin direktoru, professor Nasim Abışov çıxış edərək ilk növbədə əmək bazarının tələblərinə cavab verən, şəffaf, keyfiyyətli və müasir peşə təhsili təmin etmək, şəffaf idarə olunan, güclü kadr potensialına və müasir laboratoriyalara malik nümunəvi kollecə çevrilmək məqsədlərindən danışıb, mövcud vəziyyətin təhlilini diqqətə çatdırıb.
Daha sonra N.Abışov Strateji İnkişaf Planının əsas istiqamətlərini təqdim edərək şəffaf və ədalətli qiymətləndirmə sistemi qurulması, peşəkar və məsuliyyətli kadr korpusunun formalaşdırılması, laboratoriya və infrastrukturun yenilənməsi, tədrisdə keyfiyyətin artırılması, eləcə də effektiv hesabatlılıq və daxili nəzarət mexanizminin yaradılması ilə bağlı görüləcək işlər barədə ətraflı məlumat verib.
Sonda direktor qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kollecin kollektivini təbrik edib, onlara pedaqoji və şəxsi fəaliyyətlərində uğurlar arzulayıb.


