Sənədsiz avtoelektriklərin nəzərinə - TKTA sənəd qəbuluna start verdi

3 İyun, 2026 - 20:07
Sənədsiz avtoelektriklərin nəzərinə - TKTA sənəd qəbuluna start verdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Avtomobil üzrə elektrik” peşə ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

"Azərbaycan müəllimi" xəbər verir ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən peşə sahibləri səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat üçün yerləşdirilmiş keçiddən istifadə edə, (+99450) 443-77-89 mobil nömrəsi ilə əlaqə saxlaya və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər.