Sergey Xristolyubov: Reytinq Azərbaycanın Qafqazda ali təhsil sahəsində danılmaz liderliyini təsdiqləyir
"Bizim flaqman reytinqimizin yeni buraxılışı Azərbaycanın Qafqaz regionunda ali təhsil sahəsində danılmaz liderliyini təsdiqləyir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu “QS Quacquarelli Symonds”un regional direktoru Sergey Xristolyubov deyib.
O bildirib ki, 2026-cı ildə dünyanın ən yaxşı universitetlərinin reytinqində (QS Dünya universitetləri reytinqləri 2026) Azərbaycan regionun digər iki ölkəsinin ali məktəblərinin ümumi sayından üç dəfə çox ali məktəbə malikdir.
"Bundan başqa, Azərbaycan bizim institusional reytinqimizdə ali məktəblərin sayını üç dəfə artırıb, ölkənin ali təhsilinin lideri olan Bakı Dövlət Universiteti isə dünyanın ən yaxşı 700 ali təhsil müəssisəsinə daxil olub. Bu uğurlar Azərbaycan ali təhsil müəssisələrinin rəhbər və mütəxəssislərin gündəlik effektiv, sistemli işlərini təsdiqləyir", - deyə o qeyd edib.



