Sertifikasiya təhsil müəssisələrində sağlam rəqabət formalaşdırır – Bərdəli müəllim

17 İyun, 2026 - 19:15
Sertifikasiya təhsil müəssisələrində sağlam rəqabət formalaşdırır – Bərdəli müəllim

Bu gün keçirilən sertifikasiya imtahanında Qarabağ regionu üzrə 30 nəfər müəllim iştirak edib. İmtahan nəticələrinə əsasən Validə Murquzova yüksək nəticə göstərib. O, mümkün 60 baldan 55 bal toplayıb.

"Azərbaycan müəllimi" onunla həmsöhbət olub. 

V.Murquzova Azərbaycan dili və ədəbiyyat müəllimidir, Bərdə şəhər Səfiyar Behbudov adına 6 nömrəli məktəbdə fəaliyyət göstərir. Validə müəllim imtahanda suallarda problem yaşamadığını bildirir.

"İmtahan texniki cəhətdən çox yaxşı təşkil olunmuşdu, suallar isə ümumilikdə normal idi.  Belə deyək, sualları asan, orta və çətin tipli olaraq qiymətləndirmək olar.  Nəticəm isə pis deyil, ancaq bu yetərli olmamalıdır. Öz üzərimdə çalışmağa, öyrənməyə yenə də davam etmək lazımdır. Düşünürəm ki, sertifikasiya təhsil müəssisələrində sağlam rəqabət formalaşdırır və digər müəllim yoldaşlarıma da uğurlar arzulayıram”.