Sertifikatlaşdırma müəllimlərin əməkhaqqına necə təsir edib?

30 İyun, 2026 - 10:39
Sertifikatlaşdırma müəllimlərin əməkhaqqına necə təsir edib?

Sertifikatlaşdırma prosesinin müəllimlərin orta əməkhaqqına təsiri açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə məlumat verib.

Qeyd edilib ki, hazırda müəllim heyəti üzrə "gross" orta aylıq əməkhaqqı 1300 manatdır.

Sertifikatlaşdırmada yüksək nəticə göstərib 35 faiz əlavə alan 30 590 müəllimin orta aylıq əməkhaqqı 1300 manat, 10 faiz əlavə alan 60 818 müəllim orta əməkhaqqı 1010 manat, sertifikatlaşdırmada iştirak etməyən və ya 1-ci cəhddə uğur qazanmayan 23 984 müəllimin əməkhaqqısı isə 770 manat təşkil edir.