Sertifikatlaşdırmadan keçə bilməyən 9 mindən çox müəllim işdən azad edilib

30 İyun, 2026 - 10:12
Sertifikatlaşdırmadan keçə bilməyən 9 mindən çox müəllim işdən azad edilib

Sertifikatlaşdırmanın hər iki cəhdində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Qeyd edək ki, bu, sertifikatlaşdırmada iştirak edənlərin 9 faizini təşkil edir.