Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb

4 May, 2026 - 11:22
Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb

Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanının ikinci gününün nəticələri məlum olub.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, imtahanda iştirak edən 562 təhsilverəndən 160-ı, yəni 28.5 faizi 51-60 bal aralığında nəticə göstərib.

Ümumilikdə, imtahana cəlb olunan 565 müəllimdən  562-si iştirak edib ki, bu da 99.4 faiz iştirak göstəricisi deməkdir.

Qeyd edək ki, sertifikatlaşdırma prosesi çərçivəsində 3 namizəd maksimum nəticə – 60 bal toplayıb.

Sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə növbəti test imtahanı mayın 10-da  fizika, ibtidai sinif, coğrafiya, 11-də isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri üçün təşkil olunacaq.