Sertifikatlaşdırmanın hər iki mərhələsində maksimum nəticə göstərdi

16 Oktyabr, 2024 - 17:51

Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin sertifikatlaşdırma prosesinin  test mərhələsində maksimum nəticə (60 bal) göstərən Babək rayon Arazkənd ümumi orta məktəbinin ingilis dili müəllimi Dünya Əliyeva prosesin müsahibə mərhələsində də ən yüksək nəticə göstərib.  

Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib. Belə ki, 30 sentyabr- 1 oktyabr tarixlərində  sertifikatlaşdırma prosesinin test mərhələsində uğur qazanan təhsilverənlər üçün  keçirilən müsahibə mərhələsində  müəllimlərin proqram əsasında mövzu təqdimetmə, qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilməsi aparılıb. Dünya Əliyeva təqdim edilən meyarlar üzrə sualları tam cavablandıraraq maksimum 40 bal toplamaqla ümumi nəticəsini 100 bala çatdırıb.