Sertifikatlaşdırmanın II dövründə hansı müəllimlər imtahan verəcəklər?
Naxçıvanda sertifikatlaşdırmanın II dövrünə 18 fənn üzrə müəllimlər cəlb olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövrü ilə bağlı keçirilən brifinqdə təhsil naziri Elxan Nəcəfov məlumat verib.
O bildirib ki, sertifikatlaşdırmanın II dövrünə Azərbaycan və rus bölmələri üzrə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, ingilis dili, rus dili, fransız dili, alman dili, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, ibtidai sinif və gənclərin çağırışaqədərki hazırlığı fənləri daxil edilib.



