Şimal-qərb regionunun 61 şagirdi RFO-nun finalına qatılacaq
Şəki–Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan 61 şagird Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində yüksək nəticə göstərərək finala vəsiqə qazanıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, yarımfinal mərhələsində Şəki rayonu üzrə 34, Oğuz rayonu üzrə 8, Qax rayonu üzrə 7, Balakən, Zaqatala və Qəbələ rayonlarının hər biri üzrə 4 şagird finalda iştirak etmək hüququ qazanıb.


