Sinif rəhbərləri bu platformada fəaliyyətlərini daha səmərəli edə bilərlər

30 Yanvar, 2026 - 15:27
Sinif rəhbərləri bu platformada fəaliyyətlərini daha səmərəli  edə bilərlər

“Rəqəmsal məktəb” platforması vasitəsilə sinif rəhbərləri şagirdlərin davamiyyətini, təlim nəticələrini izləyə və valideynlərlə birbaşa ünsiyyət yarada bilirlər. Bu isə əlavə vaxt sərf etmədən hesabatlılığın operativ və dəqiq təmin olunmasına imkan yaradır.

"Azərbaycan müəllimi" xəbər verir ki, sinif rəhbərləri platforma üzərindən şagirdlərin şəxsi işlərinə və məlumatlarına baxır, tədris nəticələrinin inkişaf dinamikasını izləyir, risk qrupuna daxil olan təhsilalanları müəyyənləşdirirlər.

Elektron platformanın tətbiqi vaxta qənaət etməklə sinif rəhbərlərinin iş yükünün azaldılmasına da müsbət təsir göstərir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilindən etibarən “Rəqəmsal məktəb” platforması uğurla tətbiq olunur.