Şirvan-Salyan bölgəsində 1 nəfər RFO-nun yarımfinalında maksimum bal toplayıb
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 1 şagird Respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsində maksimum bal toplayıb.
İdarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, həmin məktəbli Neftçala şəhər E. Həbibov adına 4 saylı tam orta məktəbinin şagirdi Malik Ələkbərzadədir. O, coğrafiya fənnindən maksimum – 120 bal nəticə göstərib.
Qeyd edək ki, idarənin əhatə etdiyi rayonlar üzrə 59 şagird olimpiadanın final turunda iştirak etmək hüququ qazanıb.


