Şirvan-Salyan regionunda 11 təhsil müəssisəsində təmir-tikinti işləri aparılır

12 Avqust, 2025 - 12:14
Şirvan-Salyan regionunda 11 təhsil müəssisəsində təmir-tikinti işləri aparılır
Şirvan-Salyan regionunda 11 təhsil müəssisəsində təmir-tikinti işləri aparılır

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə əsaslı və cari təmir işləri aparılan təhsil müəssisələri məlum olub.

Bu barədə "Azərbaycan müəllimi"nə Regional Təhsil  İdarədən məlumat verilib.

Bildirilib ki, Salyan rayonunda Xalac kənd 1 nömrəli,  ümumtəhsil məktəbində, Dayıkənd kənd ümumtəhsil məktəbində, Çuxanlı kənd ümumtəhsil məktəbində, Salyan rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbində, Salyan rayonu 2 nömrəli məktəbəqədər təhsil müəssisəsində, Salyan rayonu 18 saylı məktəbəqədər təhsil müəssisəsində cari təmir və Salyan rayonu Xalac kənd 2 nömrəli məktəb üçün yeni bina tikintisi işləri aparılır.

Şirvan şəhərində 11 nömrəli məktəbdə əsaslı təmir,  2, 4 və 1 nömrəli məktəblərdə cari təmir işləri görülür.