Son 3 ildə 38 saxta diplomun tanınması üçün müraciət edilib - TKTA

1 May, 2026 - 21:05
Son 3 ildə 38 saxta diplomun tanınması üçün müraciət edilib - TKTA

Son 3 il ərzində tibb və səhiyyə ixtisasları üzrə tanınma üçün saxta diplom təqdim etmiş 38 nəfər barədə məlumatlar müvafiq quruma göndərilib.

“Azərbaycan müəllimi”nin məlumatına görə, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin aprel ayından 2026-cı ilin yanvar ayınadək olan dövrdə əlavə olaraq 30 nəfərin tanınma məqsədilə saxta diplom təqdim etdiyi müəyyən edilib. Eyni zamanda, Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınmasından imtina edilmiş 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi aşkarlanıb.