Sosial mediada yayılan test tapşırığı ilə bağlı AÇIQLAMA

10 Dekabr, 2025 - 17:12
Sosial mediada yayılan test tapşırığı ilə bağlı

Sosial şəbəkələrdə 3-cü sinif dərsliyinə aid olduğu iddia edilən bir test tapşırığının görüntüsü müzakirələrə səbəb olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məsələ ilə bağlı "Azərbaycan müəllimi"nə verilən açıqlamaya görə, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü sinif dərsliklərində mövcud deyil. 

Bildirilib ki, belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb.

Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur.