STK-da Qarabağın azadlığına həsr olunmuş tədbir keçirilib

19 Fevral, 2026 - 12:01
STK-da Qarabağın azadlığına həsr olunmuş tədbir keçirilib

Fevralın 18-də Sənaye və Texnologiya Kollecində (STK) “Qarabağa qayıdış – Zəfərin mədəni nəfəsi” adlı genişmiqyaslı ədəbi-bədii tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Qarabağın azadlığına, tarixi-mədəni irsinə və milli yaddaşımıza həsr edilib.

Proqram Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra səhnə kompozisiyaları vasitəsilə Qarabağın tarixi, işğal və zəfər yolu, eləcə də mədəni dəyərləri bədii formada təqdim olunub. Tələbələrin ifasında vətənpərvərlik ruhlu şeirlər, musiqi nömrələri və ədəbi səhnəciklər tədbirə xüsusi rəng qatıb. Qarabağ muğam məktəbinin zəngin ənənələri vurğulanıb, milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə kollecin direktoru professor Nasim Abışov və fəxri qonaqlardan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri İlhan Açık, Ağdamın köhlən atlarının yaradıcısı, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu Elşən Allahverdiyev, jurnalist Sona Bunina, iş adamı Hacı Quliyev çıxışlarında Qarabağın yalnız coğrafi məkan deyil, milli kimliyimizin, ruhumuzun və mədəni yaddaşımızın ayrılmaz hissəsi olduğunu vurğulayıblar. Onlar gənclərə vətənə sevgi, tarixə hörmət və milli dəyərlərə bağlılıq ruhunda yetişməyin vacibliyini tövsiyə ediblər. Tədbirin təşkilatçısı İlaha Nuriyeva çıxışında qeyd edib ki, Qarabağa qayıdış təkcə torpaqlara deyil, həm də mədəniyyətimizə, kökümüzə və mənəvi dəyərlərimizə qayıdışdır. O, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına böyük töhfə verdiyini bildirib.