Sualları ilə Bəhram Bağırzadəni təəccübləndirdilər - Məktəbdə görüş

25 Yanvar, 2025 - 10:26
Sualları ilə Bəhram Bağırzadəni təəccübləndirdilər - Məktəbdə görüş
Sualları ilə Bəhram Bağırzadəni təəccübləndirdilər - Məktəbdə görüş

Aktyor, naşir Bəhram Bağırzadə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın qonağı olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, o, bu barədə təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb.

"Bu gün məni 2176 şagirdi olan İlyas Əfəndiyev adına Elitar Gimnaziyaya dəvət etdilər. Təbii ki, bu qədər böyük auditoriya ilə bacara bilməzdim, amma akt zalında 240 şagird toplandı və çox maraqlı görüş keçirdik! Mən Azərbaycanla qürur duyur və fəxr edirəm ki, bizim çox istedadlı, gözəl və ağıllı uşaqlarımız var. Onlar mənə çox ağıllı suallar verdilər.

Çoxları məndən soruşur ki, motivasiya mənbəyin nədir? Bu gün deyə bilərəm ki, uşaqlar! Yaxşı kitablar nəşr etdirməyim, bitib-tükənməyən görüşlər keçirməyim, imza günləri etməyim üçün ən yaxşı motivator məhz bizim uşaqlardır. Bu gün mənim üçün uşaqlarımızın təbəssümlərindən gözəl ilham yoxdur!

Bu gözəl görüşü təşkil edən Elitar Gimnaziyanın rəhbərliyinə təşəkkürümü bildirirəm!", - deyə Bəhram Bağırzadə yazıb.

O, sonda qeyd edib ki, Elitar Gimnaziyanın idman salonu əsaslı təmir edilməlidir: "Elitar Gimnaziyada elit uşaqlar oxuyur və onları əhatə edən interyer də bu yüksək standartlara uyğun olmalıdır".

 

 

View this post on Instagram

 

 

 

 

A post shared by Bahram Bagirzade (@bahram_bagirzade)