Sumqayıt Dövlət Universiteti vakansiya elan edir

28 Oktyabr, 2026 - 11:23
Sumqayıt Dövlət Universiteti vakansiya elan edir

Sumqayıt Dövlət Universiteti (SDU) aşağıda qeyd olunan rəhbər vəzifələri tutmaq üçün müsabiqə elan edir.

"Azərbaycan müəllimi" vakansiyaları təqdim edir:

Vakant vəzifələr:

Energetika və rəqəmsal texnologiyalar fakültəsinin dekanı;

Energetika və nəqliyyat texnologiyaları kafedrasının müdiri;

Fizika kafedrasının müdiri;

Riyaziyyat kafedrasının müdiri;

Biologiya kafedrasının müdiri;

Ekologiya kafedrasının müdiri.

Əsas məlumatlar:

Müəssisə: Sumqayıt Dövlət Universiteti

Vakant ştat vahidlərinin sayı: 6

İş yeri: Sumqayıt şəhəri, 43-cü məhəllə

Əmək müqaviləsinin növü: Müddətli

Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir

İş rejimi: Əmək cədvəlinə uyğun

Tələb olunan iş stajı: Ən azı 5 il elmi-pedaqoji təcrübə

Sığorta: Tibbi sığorta

Namizədlərə dair tələblər:

Kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi dərəcəyə və elmi ada, eləcə də ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Mövcud qanunvericiliyin tələblərinə riayət olunmaqla xarici ölkə vətəndaşlarının da müraciətləri qəbul edilir.

Namizədlərdən ingilis dilini B1 (orta) səviyyəsində bilmək tələb olunur.

Peşəkar və idarəetmə bacarıqları:

Namizədlər aşağıdakı bilik və bacarıqlara malik olmalıdırlar:

Liderlik və strateji idarəetmə: Akademik heyətə rəhbərlik etmək, komandanı motivasiya etmək, uzunmüddətli inkişaf hədəflərini müəyyənləşdirmək və həyata keçirmək;

Kommunikasiya bacarıqları: Yazılı və şifahi ünsiyyət, hesabatların hazırlanması, dinləmə və effektiv işgüzar münasibətlərin qurulması;

Analitik düşüncə və qərarvermə: Problemləri təhlil etmək, əsaslandırılmış qərarlar qəbul etmək və səmərəli həll yolları təklif etmək;

Komanda işi və əməkdaşlıq: Akademik və inzibati heyətlə qarşılıqlı fəaliyyət göstərmək, əməkdaşlıq mühiti formalaşdırmaq;

Təşkilatçılıq və vaxtın idarə edilməsi: İş proseslərini planlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və fəaliyyətləri səmərəli təşkil etmək;

Tədris və mentorluq: Müasir tədris metodlarından istifadə etmək, tələbələrin və gənc akademiklərin inkişafına dəstək göstərmək;

Rəqəmsal bacarıqlar: Microsoft Office və ya Google Workspace proqramlarından, elektron poçt xidmətlərindən, Moodle və digər tədrisin idarə olunması sistemlərindən, həmçinin Zoom, Microsoft Teams və Google Meet platformalarından istifadə etmək.

Müraciət üçün tələb olunan sənədlər: 

Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Ərizə;

Kadrlar uçotunun şəxsi vərəqəsi;

Tərcümeyi-hal;

Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

Elmi, tədris və tədris-metodiki işlərin siyahısı;

Kafedranın inkişafına dair platforma.

Sənədlərin təqdim olunması:

Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə, Sumqayıt Dövlət Universitetinin əsas binası, 233-cü otaq.

Son müraciət tarixi: 24 noyabr 2026-cı il.

Vakant vəzifələr üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərdən sənədlərini müəyyən olunmuş müddətədək təqdim etmələri xahiş olunur.