Sumqayıtda 21 nömrəli tam orta ümumtəhsil məktəb istifadəyə verilib 

15 Sentyabr, 2026 - 17:24
Sumqayıtda 21 nömrəli tam orta ümumtəhsil məktəb istifadəyə verilib 

Sumqayıt şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Günü tədbiri keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva məktəb kollektivi, şagird və valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Məktəbin direktoru Qədir Mikayılov yeni tədris ilinin başlanması münasibətilə qonaqları, məktəb kollektivini, şagirdləri və valideynləri təbrik edib, qarşıdakı tədris ilində onlara uğurlar arzulayıb. Direktor qeyd edib ki, 1971-ci ildən fəaliyyət göstərən 21 nömrəli tam orta məktəb yarım əsrdən çoxdur ki, neçə nəslin həyat yoluna işıq salıb. Məlumat verilib ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir olunan və müasir tələblərə cavab verən təhsil ocağında 200 şagird birinci sinfə gedəcək və ümumilikdə 1981 şagird təhsil alacaq. Q. Mikayılov müasir məktəbin məqsədinin məsuliyyətinin yalnız yüksək bal toplayan şagird yetişdirmək deyil, düşünən, araşdıran, xalqına bağlı, müasir dünyanın çağırışlarına cavab verən şəxsiyyətlər formalaşdırmaq olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli Bilik Günü münasibətilə bütün iştirakçıları təbrik edərək yerli, xüsusilə beynəlxalq qiymətləndirmələrdə şagird və müəllimlərimizin bilik və bacarıqlarının göstəricilərinin artdığına diqqət çəkib. Əsas amil olaraq milli mənəvi dəyərlərə, milli kimliyimizi dərk etməyə diqqət çəkən H. Həsənli Azərbaycanın istər regionda, istər beynəlxalq arenada nailiyyətləri ilə seçilən, qarşısına qoyduğu bütün hədəflərə nail olan dövlət kimi tanındığını bildirib. O, bunun ən bariz nümunəsi kimi Ali Baş Komandanın rəhbərliyi və qəhrəman ordumuzun iştirakı ilə Qarabağda misli görünməyən qələbəmizlə nəyə qadir olduğumuzu, gələcəkdə də nəyə nail ola biləcəyimizin aydın göstəricisi kimi qeyd edib: "Bu gün Qarabağda da Bilik Günü qeyd olunur. Mən onları da ürəkdən təbrik etmək istəyirəm. Biz gələcəyə nikbin baxa, planlar qura biliriksə, bu o deməkdir ki, həm öz işimizə, həm də məktəbimizə, kollektivimizə, götürdüyümüz istiqamətə inanırıq. Gələcəyə nikbin baxmaq üçün səbəblərimiz çoxdur. Azərbaycan məktəblərində müəllimlərimiz sertifikasiyadan keçib. Xüsusulə ibtidai sinif səviyyəsində nəticələrin sürətlə artdığını görürük. Məktəblərimizin infrastrukturu, maddi texniki bazası yenilənir və bu məktəb onun bariz nümunəsidir".  
 Nazi müavini Prezident İlham Əliyevin 2013-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ardıcıl işlər görüldüyünü bildirib .

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxışında qarşıda qoyulan hədəflər barədə danışaraq məqsədin bütün siniflər üzrə yüksək nailiyyətləri olan şagirdlərin faizinin artırılması, aşağı nəticə göstərən şagirdlərin faizinin azaldılması olduğunu qeyd edib:"Bu cür infrastrukturla təmin olunmuş məktəbdə hədəflərimizi düzgün seçərək gələn tədris ilində 21 nömrəli tam orta məktəbin ilk beşliyə düşməsini hədəfləyirik və bunun üçün bütün resurslarımızdan istifadə edərək məktəbin yanındayıq".
Sonra çıxış edən  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, təhsil hər bir dövlətin və cəmiyyətin gələcəyini müəyyənləşdirən ən mühüm sahələrdən biridir. Qeyd olunub ki, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir təhsil infrastrukturunun yaradılması gənclərin bilikli, savadlı və vətənpərvər vətəndaş kimi formalaşmasına geniş imkanlar açır. Zakir Fərəcov əldə olunan yüksək nəticələrin Sumqayıtın təhsil ənənələrinin göstəricisi olduğunu bildirərək  şəhər müəllimlərinin uğurlarından söz açıb.  
Tədbir çərçivəsində şagirdlərin ifasında musiqi və bədii kompozisiyalar təqdim olunub.
Daha sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarına və digər tədris məkanlarına baxış keçiriblər.