Sumqayıtlı gənc NASA-nın layihə rəhbəri oldu
Sumqayıtlı gənc “NASA Space Apps Challenge” layihəsi üzrə mühüm uğura imza atıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, "NASA Space Apps Challenge"ın rəsmi qlobal idarəetmə heyəti (GO Team) tərəfindən göndərilən rəsmi məktuba əsasən, 2026-cı il üzrə layihənin Azərbaycandakı rəsmi rəhbəri (Local Lead) gənc Amil Zeynallı seçilib.
Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbi uğurla bitirən Amil Zeynallı bu vəzifədə Azərbaycanda yerli iştirakçıları bir araya gətirmək, innovasiya icmasının inkişafına töhfə vermək və tədbirin uğurla təşkilinə rəhbərlik etmək məsuliyyətini daşıyacaq.
Məlumat üçün qeyd edək ki, “NASA Space Apps Challenge” layihəsinin əsas məqsədi NASA və tərəfdaş kosmik agentliklərin açıq məlumatlarından (open data) istifadə edərək dünya və kosmosda qarşıya çıxan real problemlərə innovativ və praktiki həllər tapmaqdır.




