TAU-da azərbaycanlı müəllimlər də dərs keçəcəklər
 
                                “Hazırda universitetdə dərs deyən müəllimlərin əksəriyyəti Türkiyədən gəlir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil TV-nin “Özəl müsahibə” proqramında Türkiyə–Azərbaycan Universitetinin prorektoru Mehmet Şimşir səsləndirib.
“Ümumilikdə 20 müəllimlə tədris prosesimizi davam etdiririk. Tələbə sayımız isə 177-dir. Hazırda Türkiyədən müəllimlərimiz dərs demək üçün gəlirlər. Lakin artıq biz müəyyən təşəbbüslərə başlamışıq. Tələbə sayı artdığı üçün Azərbaycanın alimlərinin də burada fəaliyyət göstərməsini istəyirik. Artıq yerli pedaqoqların işə qəbulu üçün müsahibələr keçirilir. Beləliklə, bu proses hazırlıq fakültəsindən başlanacaq”, – o bildirib.
Prorektor əlavə edib ki, gələcəkdə həm Türkiyə, həm də Azərbaycan akademikləri universitetdə dərs deyəcəklər.                        
 



 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            