Təbiət elmləri üzrə şagirdlərimizin nəticələri aşağı olub

4 Dekabr, 2024 - 16:39

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrinə əsasən, 4-cü sinif şagirdlərinin təbiət elmləri üzrə nəticələri ötən tədqiqat dövrü ilə müqayisədə daha aşağı olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə hesabatda qeyd olunub.

Belə ki, şagirdlərimizin nəticəsi 422 bal olub.

8-ci sinif üçün isə təbiət elmləri üzrə nəticəmiz 411 bal təşkil edib. Burada təbiət elmləri üzrə nəticəmiz ortalamadan aşağı olub.