Tədris proqramlarında süni intellektlə bağlı mövzular yer alacaq - Firudin Qurbanov

3 Mart, 2026 - 11:50
Tədris proqramlarında süni intellektlə bağlı mövzular yer alacaq

Gələcəkdə tədris proqramlarında da süni intellektlə bağlı mövzular yer alacaq. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin rəsmi açılış mərasimində səsləndirib.
Süni intellektin əhəmiyyətindən danışan Firudin Qurbanov bildirib ki, süni intellekt təhsilalanlara çox kömək edə bilər:

“Müasir dövrdə informasiyanın həcmi o qədər çoxdur ki, insanın onu tam emal etmək imkanı yoxdur. Gün ərzində yüzlərlə, minlərlə, milyonlarla informasiya yayılır. Və bunu emal etməyi bacaran süni intellektdir. Əslində, süni intellekt insanlara çalışır düzgün yol göstərsin, məsələlərin həllinə kömək etsin. Amma siz də bilməlisiniz ki, süni intellekt düzgün sual tələb edir. Əgər düzgün sual verməsəniz, düzgün cavab ala bilməzsiniz",