Təhsil işçilərinin əmək hüquqları nələri əhatə edir?

12 Yanvar, 2026 - 19:41
Təhsil işçilərinin əmək hüquqları nələri əhatə edir?

Təhsil sahəsində çalışan pedaqoji və inzibati heyət, metodistlər, tərbiyəçilər və digər əməkdaşlar əmək münasibətləri çərçivəsində bir sıra konkret hüquqlara malikdirlər. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin verdiyi məlumatda qeyd olunur ki, ittifaq üzvlərinin hüquqların qorunması adıçəkilən komitənin əsas fəaliyyət istiqamətlərindəndir.

Bu hüquqlara iş vaxtı və əmək normaları, məzuniyyət, sosial təminatlar, əmək hüquqlarının qorunması və təhlükəsiz iş şəraitinə nəzarət daxildir.Təhsil işçilərinin hüquqlarını bilməsi onların peşə fəaliyyətində güvənli və davamlı mühitin formalaşmasına xidmət edir. ETİHİ bu hüquqların qorunmasına nəzarət edir.