Təhsil tələbə krediti alanların çoxu qadın olub
“Üç il ərzində kredit götürmüş tələbələrin 39 faizi kişi, 61 faiz qadın olub”.
"Azərbaycan mûəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə deyib.
O bildirib ki, ölkə üzrə ən ucqar bölgələrdən olan şəxslər belə təhsil tələbə kreditindən yararlanıb.



