Təhsil Tələbə Krediti Fondu beynəlxalq tanınma sertifikatına layiq görülüb

25 Dekabr, 2025 - 11:05
Təhsil Tələbə Krediti Fondu beynəlxalq tanınma sertifikatına layiq görülüb

Təhsil Tələbə Krediti Fondu 2025-ci təqvim ilində “QS Reimagine Education” çərçivəsində beynəlxalq tanınma sertifikatına layiq görülüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, cari ildə Fond tərəfindən 2 ay davam edən Könüllü Proqramı təşkil olunub: 

“Könüllülər təhsil tələbə kreditləri ilə bağlı maarifləndirmə fəaliyyətlərinə cəlb edilib. Bundan əlavə, Fondun elektron portalının effektiv istifadəsi məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin e-ttkf.edu.az portal üzrə təyin edilmiş 108 nəfər məsul şəxs üçün təlimlər keçirilib”.