Tələbə adını qazanan 4 min nəfər ali təhsil almaqdan imtina edib

21 Oktyabr, 2024 - 14:54

"Cari il bakalavriat və magistratura səviyyəsi üzrə ümumilikdə 80 min qəbul planı verilib. Tələbə adını qazananlar təxminən 74 min, sənədlərini universitetə təqdim edənlər isə 70 min nəfərdir". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Ali Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu, ümumi planda 10 min nəfər fərq deməkdir və yaxşı hal deyil.

"4000 tələbə qəbul olub, amma ali təhsil müəssisəsində qeydiyyata düşməyib. Bunun obyektiv səbəbləri var. İstəmədiyi ixtisasa qəbul olmaq, təhsil haqqını ödəyə bilməmək, xoşlamadığı ali təhsil müəssisəsi və s. məsələlər buna öz təsirini göstərir", - deyə o qeyd edib.