Tələbə-könüllülər direktorların işə qəbulu müsabiqəsində fəal dəstək göstəriblər
Ötən həftəsonu şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin esse mərhələsi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə çərçivəsində "Bir könüllü"nün 80-dən çox üzvü fəaliyyət göstərib.
Könüllülər namizədlərin qarşılanması, yönləndirilməsi başda olmaq üzrə bir çox istiqamət üzrə təşkilati dəstək veriblər.



