Tələbələr üçün Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verildi

5 Dekabr, 2025 - 15:58
Tələbələr üçün Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verildi
Tələbələr üçün Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verildi
Tələbələr üçün Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində (ATU) Bədii Yaradıcılıq Mərkəzinin açılışı olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, açılış çərçivəsində rektor Yaşar Ömərov bildirib ki, mərkəzin yaradılmasında məqsəd tələbələrin yaradıcılıq potensialının inkişafı, asudə vaxtlarının səmərəli təşkili, incəsənətə marağın artırılması və sosial-mədəni mühitin formalaşdırılmasıdır. İkinci tədris korpusunda yerləşən mərkəz peşəkar infrastrukturla təmin edilib. Burada tələbələrin professional musiqi alətləri və digər avadanlıqlardan istifadə etməsi, yaradıcılıq ideyalarını reallaşdırması üçün lazımi şərait yaradılıb.

Bədii Yaradıcılıq Mərkəzində musiqi və vokal ansamblı, rəqs və xoreoqrafiya klubu, əl işləri və tətbiqi sənət dərnəyi, ssenari və yaradıcılıq klubu, qiraət və natiqlik klubu, teatr studiyası fəaliyyət göstərəcək.

Hazırda Bədii Yaradıcılıq Mərkəzinin müxtəlif ixtisaslarda təhsil alan 70-dən çox tələbə üzvü var. Yaradıcı mühitə həvəsi olan bütün ATU tələbələri mərkəzin dərnək və klublarına qoşularaq öz istedadlarını inkişaf etdirə bilərlər.