Tələbələrin yerdəyişməsi üzrə nəticələr AÇIQLANDI
Tələbələrin yerdəyişməsi prosesi üzrə yekun nəticələr müraciətçilərin elektron kabinetlərinə göndərilib.
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tələbələr təhsil müəssisəsi tərəfindən verilmiş yekun qərarı elektron kabinetləri vasitəsilə 31 iyul 10:00-dək təsdiq etməli və ya qərardan imtina etməlidirlər.
Müəyyən olunmuş müddət ərzində təsdiqlənməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcək.




