Tələbələrin yerdəyişməsi zamanı bu sənədlər tələb olunur – SİYAHI

6 İyul, 2026 - 11:44
Tələbələrin yerdəyişməsi zamanı bu sənədlər tələb olunur

2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna 13 iyul 2026-cı il saat 10:00-da başlanılacaq.

"Azərbaycan müəllimi" tələbələrin yerdəyişməsi zamanı tələb olunan sənədlərin siyahısını təqdim edir:

Ölkə daxilində universitetlərarası tələbə yerdəyişməsi

Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd (xarici  dövlətin  ali  təhsil  müəssisəsinin  tələbəsinə  münasibətdə  mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş)

Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün)

Qeyd: Digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılacaqdır.

Universitet daxilində tələbələrin yerdəyişməsi

Orta ixtisas təhsil müəssisələrində tələbələrin yerdəyişməsi:

Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd (xarici  dövlətin  ali  təhsil  müəssisəsinin  tələbəsinə  münasibətdə  mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş)

Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün) 

Qeyd: Digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılacaqdır.

Xaricdən ali təhsil müəssisəsindən tələbələrin yerdəyişməsi

Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd (xarici  dövlətin  ali  təhsil  müəssisəsinin  tələbəsinə  münasibətdə  mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş)

Tələbənin cari tədris ilində aktiv təhsilalan statusuna malik olmasını təsdiq edən arayış

Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün)

Xarici dövlətin ali təhsil müəssisəsində aldığı kvalifikasiyaların qismən akademik tanınması haqqında şəhadətnamə (Müraciətçilər qismən tanınma haqqında şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (tkta.edu.az; 146-8) müraciət etməlidirlər)

beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələr (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), TR YÖS (2023-cü ilə qədər YÖS) imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında hər fənn üzrə minimum 75 bal, AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);

Ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının ikinci mərhələsində) iştirak edən şəxslərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.5-ci yarımbəndinə uyğun qəbul olunanlar istisna olmaqla) topladığı bala dair arayış

Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə təhsil müəssisəsinin arayışı və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda mövcud qaydada Azərbaycan dilinə tərcümə olunmuş)

Dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramlarından xaric olunma barədə arayış (dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə)