Təqaüd imkanlarının genişləndirilməsi prioritetlər sırasındadır – TİF sədri
Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən təhsilalanların və təhsilverənlərin şəraitinin yaxşılaşdırılması, həmçinin rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni layihələrin hazırlanmasına başlanılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli Təhsil TV-nin efirində yayımlanan "Özəl müsahibə"nin qonağı olarkən məlumat verib.
O qeyd edib ki, fond hazırda bir sıra layihələr üzərində işləyir və bu təşəbbüslər hələ inkişaf və hazırlıq mərhələsindədir: "Həyata keçiriləcək layihələr gələcəkdə təhsil sisteminin daha çox rəqəmsal platformalar üzərindən idarə olunmasına və nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verəcək.
Nicat Məmmədli vurğulayıb ki, rəqəmsallaşma ilə yanaşı, təhsil iştirakçılarının rifahının artırılması, təqaüd imkanlarının genişləndirilməsi və universitetlərə dəstəyin gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır.
Onun sözlərinə görə, bu sahədə həm dövlətin diqqəti, həm də son dövrlərdə atılan institusional addımlar fondun fəaliyyətini daha da aktivləşdirir.



