Tərbiyəçi-müəllim vəzifəsinin müsahibə mərhələsinə start verilir

24 Mart, 2026 - 12:29
Tərbiyəçi-müəllim vəzifəsinin müsahibə mərhələsinə start verilir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, müsahibədə iştirak etmək istəyən (2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş, 40 və daha yuxarı bal toplamış) namizədlər 24 mart 2026-cı il tarixindən 04 aprel 2026-cı il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki

Vakansiya üzrə müraciət etmiş və keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət olunacaqdır. Müsahibədə uğur qazanmış namizədlər vakant yerlərə yerləşdiriləcəklər.