Təsviri sənət üzrə qabiliyyət imtahanına hazırlaşanların NƏZƏRİNƏ!

30 İyun, 2026 - 16:32
Təsviri sənət üzrə qabiliyyət imtahanına hazırlaşanların

10, 11 və 12-ci komissiyalar üzrə Bakı şəhərində qabiliyyət imtahanı verən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına  buraxılış vərəqələrini  buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat  göstərilir.

Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.

Bildirilib ki, 10, 11, 12 həmçinin 15-ci komissiyalardan qeydiyyatdan keçmiş abituriyentlər iki fəndən imtahan verirlər. 10, 11 və 15-ci komissiyalar üzrə abituriyentlər rəsm və rəngkarlıq, 12-ci komissiya üzrə isə rəsm və yapma fənlərindən qabiliyyət imtahanı verirlər.

Rəsm fənnindən 6 bal və daha yuxarı qiymət almış abituriyentlər ikinci fənn üzrə qabiliyyət imtahanında iştirak edirlər.

14-cü komissiya üzrə imtahan verən abituriyentlərin qabiliyyət imtahanına  buraxılış vərəqələri növbəli şəkildə ardıcıllıqla yerləşdirilir.  14-cü komissiya üzrə qeydiyyatdan keçmiş,  6-7 iyul tarixində keçiriləcək qabiliyyət imtahanında iştirak edəcək abituriyentlərin növbəti hissəsi imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

15-ci komissiyanın müsbət  qiyməti 14-cü komissiyaya da şamil olunur. Hər iki komissiya üzrə qeydiyyatdan keçmiş və 15-ci komissiya üzrə müvəffəq qiymət almamış abituriyentlərin 14-cü komissiya üzrə Qabiliyyət imtahanına buraxılış vərəqəsi tezliklə abituriyentlərin qeydiyyatdan keçdiyi https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login səhifəyə yerləşdiriləcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Qabilliyyət  imtahanına  buraxılış vərəqəsi

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.